متن آهنگ
Gəl, səni görsün rahat olsun barı canım
Başqa nəyim var ki, qalıb bir quru canım
Hər səni səsləyəndə yarım, canım dedim
İndi də yanında qalıbdır, yarı canım
♪♪♪
Mənim ömrümə ilk baharı sən gətirmisən
Xoş günü, xoş ruzigarı sən gətirmisən
İndi kimə dəsəm də bunu, eşidər inanmaz
Bu həsrəti, intizarı sən gətirmisən
♪♪♪
Keçsədə ömrün yazı sənsiz, qışı sənsiz
Ötsədə illər qurumaz göz yaşı sənsiz
Ey gözümü yolda qoyan, gözlərin aydın
Oldu bugün ayrılığın bir yaşı sənsiz
♪♪♪
Bir il də canım beləcə ötdü səninlə
Başladı bu eşq nağılı, bitti səninlə
Mən səni sevdim deyə sevdim bu həyatı
Getdin həyatın dadıda getdi səninlə
♪♪♪
Ay mənim həsrətini çəkdiyim
Yolunda göz yaşı tökdüyüm
Hər şeyi vaxtında qazandım, sandım
Bircə sən oldun gecikdiyim
