متن آهنگ
O hamıdan qaçır, sirrini açır göylərə
Həm çox çəkib acı, yaralar açıq göynədər
Xoş bir gün görmədən, uçmağa min nədən
Yerdə yer saxlamaz onu, göydə göydələn
Onu eşidən, duyar var son sözü ümid son ölər
Onun saçları son bahardır
Ömrü iztirab, dörd divardır
O, tərki-dünyadır anlamam halından
O, günəş kimi yandırardı
Yazda yağışdır, yayda qardır
Kim bilir nələr keçib gedir ağlından
Onun sözləri ittihamdır
Onun gözləri intihardır
Bəlkə onda ağrılar çıxar canından
Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan
Süzülər yerə damla-damla yaş axar yanaqdan
O mənsiz qalınca o mənsiz yarımcan
Ucaldan təkcə bir məqam öpüş dodaqdan
Onu eşidən, duyar var son sözü ümid son ölər
♪♪♪
او هامیدان قاچیر سیررینی آچیر گویلره
هم چوخ چکیب آجی یارالار آچیق گویندر
خوش بیر گون گورمدن اوچماقا مین ندن
یرده یر ساخلاماز اونو گویده گویدلن
اونو اشیدن دویار وار سون سوزو اومید سون اولر
اونون ساچلاری سون باهاردیر
عومرو ایضطیراب دورد دیواردیر
او ترکی دونیادیر آنلامام حالیندان
او گونش کیمی یاندیراردی
یازدا یاغیشدیر یایدا قاردیر
کیم بیلیر نلر کچیب گدیر عاقلیندان
اونون سوزلری ایتتیهامدیر
اونون گوزلری اینتیهاردیر
بلکه اوندا آغریلار چیخار جانیندان
اونا یاددیر دوغمالار یاخینلار باخار اوزاقدان
سوزولر یره داملا داملا یاش آخار یاناقدان
او منسیز قالینجا او منسیز یاریمجان
اوجالدان تکجه بیر مقام اوپوش دوداغدان
اونو اشیدن دویار وار سون سوزو اومید سون اولر
